Bu ilin I rübündə Azərbaycan əhalisi banklardan 485,250 mln. Rusiya rublu alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,3% (2,3 dəfə) azdır.
Eləcə də bax: Azərbaycanda Rusiya rubluna tələbat - Kəskin Azalıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəricilərinə görə, təkcə martda əhali 182,529 mln. rubl alıb ki, bu da fevral ayı ilə müqayisədə 11,8% çoxdur. Xatırladaq ki, fevralda əhali 163,331 mln. rubl alıb, bu da yanvarla müqayisədə 17,2% çoxdur. Beləliklə, son iki ayda əhalinin rubla qarşı tələbatı artım nümayiş etdirir.
Bundan əlavə, cari ilin yanvar-mart aylarında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 3,318 mlrd. təşkil edib ki, bu da illik müqayisədə 3,4% azdır. Təkcə martda əhali banklara 1,235 rubl satıb ki, bu da aylıq müqayisədə 14,9%, illik müqayisədə isə 29,5% artıb. (Apa)