Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 20 234,2 milyon manat, xərcləri isə 20 184,7 milyon manat təşkil edib.
Eləcə də bax: Fitch Ratings Azərbaycanda devalvasiya riski ilə bağlı - PROQNOZUNU AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,1% çox və 2,6% azdır.
Son nəticədə büdcədə 49,5 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-sentyabr aylarının yekununda büdcə qalığı 159,7 milyon manat olub.