Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti banklarda yerli aktivlərin təsnifləşdirilməsinin və ehtiyatların yaradılmasının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS, IFRS) 9-cu Standartına uyğunlaşdırılması məqsədilə "Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında MHBS 9-un tətbiqi üzrə Metodoloji Rəhbərliy"i təsdiqləyib.
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə AMB-yə istinadən xəbər verir.
"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın icrası üzrə təsdiqlənən Metodoloji Rəhbərliyin tətbiqi IFRS standartlarının prudensial tənzimləmə və hesabatlılığına inteqrasiyasında ilk addımlardan biridir. Metodoloji Rəhbərliyin tətbiqi prudensial tənzimləmənin qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğunu təmin etməklə yanaşı, bank sistemində hesabatlılıq və şəffaflığın, o cümlədən beynəlxalq müstəvidə banklar arasında müqayisəliliyin aparılmasına xidmət edəcək.
Metodoloji Rəhbərlikdə banklarda aktivlərin prudensial nəzarət məqsədləri üçün 9-cu standarta uyğun təsnifləşdirilməsi, habelə müvafiq ehtiyatların yaradılmasına vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. 2026-cı ildən etibarən banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması həm 9-cu standart, həm də mövcud prudensial tələblər əsasında paralel aparılacaq.
Banklara zəruri metodoloji dəstəyin göstərilməsi və Metodoloji Rəhbərliyin tətbiqi ilə bağlı bankları maraqlandıran suallara aydınlığın gətirilməsi məqsədilə 9-cu standarta uyğun hesabatların hazırlanması üzrə məsul olacaq bank mütəxəssisləri ilə görüşlər keçirilib, praktik məsələlərin ətraflı müzakirəsi aparılıb.











