Rusiyanın böyük pul köçürmə sistemlərindən biri olan CONTACT-ın fəaliyyətini dayandırdığı bildirilir.
FED.az xəbər verir ki, Azərbaycan bankları da bu sistem vasitəsilə xidmət göstərməyi dayandırıblar.
Bu gün Rusiya Mərkəzi Bankı "QIWI Bank"ın lisenziyasını ləğv edib. Qeyd edək ki, CONTACT "QIWI Bank"ın məhsullarından biridir.
CONTACT-ın yaydığı açıqlamada bildirilir:
"Hörmətli müştərilər. Rusiya Bankından "QIWI Bank"ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq". (Marja)