Rusiya Mərkəzi Bankı "Qiwi Bank"ın lisenziyasını ləğv edib.
Rusiyada məşhur bankın təsisçisi və iş adamı xarici agent siyahısına daxil edildi - FOTO
FED.az xəbər veri ki, bu, 2023-cü ildə ölkədə lisenziyası ləğv edilən ilk bankdır.
"Qiwi Bank" Rusiya Federasiyasının bank sistemində 89-cu yeri tutub.
Rusiya Mərkəzi Bankı, "Qiwi Bank"ın lisenziyasının ləğvi ilə əlaqədar olaraq, əmanətlərin sığortalanması sisteminin iştirakçısı olduğunu xatırladıb və qeyd edilib ki, əmanətçilərə kompensasiya ödəniləcək.
""Qiwi Bank" çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında qanunvericiliyi pozub", Mərkəzi Bank bildirib.
Rusiya Mərkəzi Bankı cinayət əlamətləri olan "Qiwi Bank" əməliyyatları barədə hüquq-mühafizə orqanlarına məlumat göndərib.
Rusiya Mərkəzi Bankı qeyd edib ki, "Qiwi Bank"ın fəaliyyətinin dayandırılması vətəndaşların və hüquqi şəxslərin ödəniş və köçürmələr etmək imkanlarına ciddi təsir göstərməyəcək. (Marja)