Gözlənilməz qısamüddətli amillər, o cümlədən Rusiyadan daha çox xalis pul köçürmələri axını və turizmdən əldə edilən gəlirlərin gözləniləndən çox olması Cənubi Qafqaz üzrə iqtisadi artımı yaxşılaşdırıb. Azərbaycanda iqtisadi artıma əsas təsir göstərən əsas amil isə enerji qiymətlərindəki cari artımdır.
"Orta Dəhliz boyu Azərbaycanın tranzit imkanlarının artırılmasına dəstək göstəririk" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman deyib.
O bildirib ki, enerji qiymətləri və Azərbaycan qazına tələbat bu il yüksək olaraq qalacaq. Bu, Azərbaycanın 2023-cü il ərzində ümumi iqtisadi göstəricilərini dəstəkləyəcək.
Bununla belə, Mark Bouman hesab edir ki, yaranmış bu fürsət pəncərəsindən ölkənin orta və uzunmüddətli davamlılığını təmin etmək və daha etibarlı təchizat zəncirlərindən və logistik həllərdən faydalanacaq yerli istehsalı artırmaq üçün istifadə etmək lazımdır. (Apa)