Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), London Fond Birjasında 1.65 milyon səhm sataraq Gürcüstanın ən böyük bankı olan TBC Bank-dakı payını azaldıb.
Eləcə də bax: AYİB Gəncəyə 10 mln. avro - Kredit Ayırıb
FED.az xəbər verir ki, bankın yaydığı məlumata görə, AYİB-in 4 dekabr 2020-ci il tarixində satdığı səhmlər TBC Bankın ümumi səhmlərinin 3%-nə bərabərdir.
Satışdan sonra AYİB Gürcüstanın ən böyük bankında 5% paya malik olacaqdır. (Marja)