Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 884 mln.avroya (ödənilməmiş öhdəliklər daxil olmaqla) yüksəlib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici ilə müqayisədə 3,2% və ya 29 mln. avro artıb. İcra edilən layihələrin sayı isə 183-dən 184-ə yüksəlib.
Eləcə də bax: Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 90%-ni (822 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 6%-ni (59 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (32 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2,3% artaraq 818 mln.avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 184 layihə çərçivəsində 3,856 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,4 %-i (3,331 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 13%-i özəl sektorun payına düşüb. (Apa)