Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkəti “Gemza Group” MMC-yə kredit ayırıb.
FED.az xəbər verir ki, bank ümumi dəyəri 19.1 milyon avro olan üç müasir anbarın tikintisi üçün Gemza Group MMC-yə 5.6 milyon avroya qədər yüksək səviyyəli təminatlı kredit ayırıb.
Qeyd edək ki, “Gemza Group” Azərbaycanda, bəzi Orta Asiya ölkələri, BƏƏ və Türkiyədə avadanlıq (nasoslar və klapanlar) tədarükü, ehtiyat hissələri istehsalı və təmir, texniki xidmət və əsaslı təmir xidmətləri göstərən şirkətdir. Bu AYİB-in şirkətə verdiyi ikinci kreditdir. (Apa)