Avropa Yenidənqurma Və İnkişaf Bankı 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırır.
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Eləcə də bax: "MDB regionunda mərkəzi banklar - Monetar Siyasətlərini Sərtləşdirəcək"
“AYİB neftin qiymətinin təshih edilməsi ilə əlaqədar 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırır”, - məlumatda qeyd olunur.
2021-ci ildə İqtisadiyyat Nazirliyi ÜDM-in 3,4% səviyyəsində artım proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19 ilə bağlı məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% təşkil edib. (İnterfaks)