Avropa Mərkəzi Bankı (AMB, ECB) bazar proqnozuna paralel olaraq, sentyabr ayının ardınca oktyabr ayında da faizlərini azaltmaq qərarına gəlib.
Türkiyə Mərkəzi Bankı 7-ci dəfə uçot dərəcəsini dəyişməz saxladı
FED.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) depozit faizini 0,25 bənd azaldaraq 3,25 faizə endirib.
Həmçinin AMB əsas yenidən maliyyələşdirmə dərəcəsini 3,65 faizdən 3,40 faizə, marjinal maliyyələşdirmə dərəcəsini 3,90 faizdən 3,65 faizə endirib.
İqtisadçıların proqnozu da faiz dərəcələrinin bu səviyyələrə endirilməsi idi.
Bankın yaydığı press-relizdə avro bölgəsində inflyasiya prosesinin yolunda getdiyi mesajı verilib.
Press-relizdə, ECB, hədəfə çatmaq üçün faiz dərəcələrinin lazım olduğu müddətcə kifayət qədər məhdudlaşdırıcı saxlanılacağı mesajını verib. Mətndə deyilir: "İdarə heyəti məhdudiyyətlərin müvafiq səviyyəsini və müddətini müəyyən etmək üçün məlumatlara əsaslanan, iclasdan-iclasa qədər yanaşmanı davam etdirəcək".
Faiz qərarından əvvəl Avropa Statistika İdarəsi (Eurostat) Avro Zonası və Avropa İttifaqının (Aİ) sentyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.
Avrozonada avqust ayında 2,2% təşkil edən illik inflyasiya, sentyabrda 1,7% olub. İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında avqust ayı ilə müqayisədə 0,1% azalıb.
Bazar proqnozu Avrozonada illik inflyasiyanın sentyabr ayında 1,8 faiz təşkil edəcəyi, aylıq inflyasiyanın isə 0,1 faiz azalacağı idi.
Avrozonada baza inflyasiyası proqnoza uyğun olaraq sentyabr ayında illik 2,7 faiz səviyyəsində qeydə alınıb.
Bazar gözləntiləri Avrozonada illik inflyasiyanın sentyabr ayında 1,8 faiz artacağı, aylıq inflyasiyanın isə 0,1 faiz azalacağı idi. (Marja)