Türkiyə Respublikası Mərkəzi Bankı uçot dərəcəsini 50% səviyyəsində saxlayıb.
Türkiyədə illik inflyasiya üç ildən sonra ilk dəfə 50%-dən aşağı düşüb
FED.az xəbər verir ki, ardıcıl yeddinci dəfədir ki, faiz dərəcələrinin dəyişdirilməməsi qərara alınır.
Türkiyə Respublikası Mərkəzi Banknın bəyanatında vurğulanıb ki, əsas malların inflyasiyası aşağı səviyyədə qalsa da, baza inflyasiya trendində cüzi artım müşahidə olunur. Bank ilin son rübündə xidmət sektorunda inflyasiyanın yaxşılaşacağını gözləyir.
Mərkəzi Bankın açıqlamalarında yer alan son məlumatlar daxili tələbdə azalmaya işarə edir ki, bu da deinflyasiyaya doğru tədricən bir hərəkətin olduğunu göstərir.
Lakin Türkiyə Respublikası Mərkəzi Bankı ehtiyatlı olmağa çağırır və inflyasiyanın yaxşılaşma sürətinə dair qeyri-müəyyənliyin artdığını bildirir. Bank inflyasiya gözləntiləri və qiymət davranışlarının deinflyasiya prosesinə mane ola biləcəyini qeyd edir.
Pul siyasəti komitəsi dəfələrlə inflyasiya gözləntiləri və qiymət davranışlarının deinflyasiya prosesinə davam edən risklər kimi diqqət mərkəzində saxlandığını vurğulayıb. Bu səbəbdən, uçot dərəcəsinin sabit saxlanması qərarı inflyasiya risklərinə qarşı bankın daha ehtiyatlı mövqeyini əks etdirir.
Bankın bəyanatında deyilir: "Mövcud sərt monetar mövqe, aylıq inflyasiyanın baza trendində əhəmiyyətli və davamlı bir azalma müşahidə olunana və inflyasiya gözləntiləri proqnozlaşdırılan diapazona yaxınlaşana qədər davam etdiriləcək."