Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) ayıracağı kreditin illik faiz dərəcəsi təxminən 5 faiz ola bilər.
Rauf Vəliyev: "İnvestorlar demək olar ki, borcu olmayan şirkətin istiqrazlarını alacaq"
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə ASCO-nun sədri Rauf Vəliyev bildirib.
Onun sözlərinə görə, QSC üçün kreditin alınması məsələsi ilə bağlı yekun qərar hələ verilməyib.
Qeyd edək ki, AYİB ASCO-nun inkişafını maliyyələşdirmək üçün QSC-yə 100 milyon dollar kredit təklif edib.