Martın 5-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0327 manata enib və bu, son bir ayda qeydə alınmış ən aşağı göstəricidir.
Eləcə də bax: Avronun manata qarşı məzənnəsi ikiaylıq - Minimuma Enib
FED.az xəbər verir ki, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2021-ci ilin fevralın 5-də qeydə alınmışdı – 2,0322 manat.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 3,01% dəyər itirib.
Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0228 manata, 1 türk lirənin məzənnəsi isə 0,2261 manata enib. (Apa)