2020-ci ildə Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) xalis mənfəəti 5,360 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 24% çoxdur.
Eləcə də bax: Yeddi ayda Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsindən - 2,9 Milyard Dollar Qazanıb
FED.az xəbər verir ki, ARDNF-nin maliyyə hesabatına görə, fondun əməliyyat gəlirləri 5,327 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 19,9% çoxdur. Gəlirlərinin əsas hissəsini təşkil edən qızıl külçələri üzrə xalis gəlir 2,060 mlrd. manat (illik 72,4% artım) təşkil edib.
Qeyd edək ki, ARDNF 2020-ci ildə xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən gəlir qazana bilib və sözügedən kateqoriya üzrə xalis gəlir 1,244 mlrd. manat təşkil edib. 2019-cu ildə fond xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən 524,267 mln. manat xalis zərər etmişdi. (Apa)