Auditorlar Palatası ölkə biznesinə və təşkilatlara müraciət edib.
Azərbaycanda auditor xidmətlərinin göstərilməsi üçün minimum qiymətlər – MÜƏYYƏN EDİLDİ - MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, Palata şirkətlərə xatırladır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iqtisadi subyektlər 2022-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər.
Bura İctimai əhəmiyyətli qurumlar, MMC-lər, səhmdar cəmiyyətləri, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər), dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları, publik hüquqi şəxslər, siyasi partiyalar, kənd təsərrüfatı kooperativləri, bələdiyyələr investisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları, nizamnamələrində (əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar aiddir.
Auditorlar Palatası təşkilatlara müraciətində bildirib ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Auditorlar Palatasının internet səhifəsindən əldə etmək olar (http://www.audit.gov.az).