Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Palata bildirir.
Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:
1. Auditorlar Palatası Şurasının 2022-ci il üzrə iş planının təsdiq edilməsi;
2. Auditin dəyərliliyinin yüksəldilməsi istiqamətində tədbirlərin müntəzəm həyata keçirilməsi;
3. Auditorların auditor xidməti bazarında haqsız və qeyri-qanuni hərəkətlərə görə məsuliyyət tədbirləri sisteminin təkmilləşdirilməsi;
4. Mikro, kiçik və orta auditor təşkilatlarında və sərbəst auditorlarda işin keyfiyyətinə nəzarətə dair metodik vəsait;
5. “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi üzrə 2022-ci il üçün Plan-qrafik”lərin təsdiq edilməsi;
6. Auditor xidmətində dempinqə qarşı mübarizəyə dair tövsiyələr;
7. Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin KİV-lər vasitəsilə məlumatlandırılması;
8. Vətəndaşların qəbulunun, ictimai nəzarətin, Appelyasiya komissiyasının fəaliyyətinin təşkili, daxil olmuş ərizə və şikayətlərə baxılması;
9. Auditin keyfiyyətinə dair daxil olmuş müraciət, ərizə və şikayətlər üzrə araşdırmaların aparılması.