Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley ölkənin Mərkəzi Bankını bağlamaq fikrindən əl çəkməyəcək.
Braziliya və Argentina ortaq valyutadan - İSTİFADƏYƏ HAZIRLAŞIR
FED.az xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin bəyanatında deyilir.
Eyni zamanda qeyd edilib ki, hazırda Argentina Respublikasının Mərkəzi Bankının bağlanması məsələsi müzakirə mövzusu deyil.
Seçilmiş dövlət başçısı dollarlaşmanın tərəfdarı kimi tanınır.
Noyabrın 19-da Argentinada prezident seçkilərinin ikinci turu keçirilib. “Azadlıq gəlir” sağçı koalisiyası tərəfindən namizədliyi irəli sürülən Xavyer Miley iqtisadiyyat naziri Sergio Massoi üzərində qələbə qazanıb. İqtisadçı olan Miley əhalinin həyatına minimum dövlət müdaxiləsinin tərəfdarıdır, inflyasiya ilə mübarizə üçün mərkəzi bankın ləğvini zəruri hesab edir və dövlət şirkətlərinin özəlləşdirilməsini vəd edir. (Marja)