Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 4 179,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% azdır.
Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 322,1 milyon dollar təşkil edib. Bu isə ötən ilin oktyabr ayına nisbətən 40,3% azdır. (Report)