Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində yanvar-iyul aylarında 2 milyard 903,2 milyon ABŞ dolları gəlir əldə edib.
Eləcə də bax: “Azəri-Çıraq-Günəşli” yataqlarına çəkilən xərclər - 9% Azalıb
FED.az xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edək ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 152 milyard 308 milyon dollar olub. (Azərtac)