Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi cari ili sonuna 43,3 mlrd. ABŞ dollar təşkil edəcəyi gözlənilir.
Eləcə də bax: Gələn il ARDNF-in büdcəsində 2 milyard manatdan çox - KƏSİR YARANACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Qeyd edilir ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertləri 12,710 mlrd. manat təşkil edir və neft qiymətlərinin azalması Fondun gəlirlərini azaltmağla aktivlərinin daha sürətli tükənməsinə gətirib çıxara bilər.
Neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları olacağı ssenaridə 2022-ci ilin sonuna Fondun aktivlərinin 42 mlrd. dollara qədər azalacağı güman edilir. 40 dollar ssenarisində aktivlərin 40,4 mlrd. dollara qədər, 30 dollar ssenarisində isə aktivlərin 38,9 mlrd. dollara qədər enəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, 2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivlərinin həcmi 44,226 mlrd. dollar təşkil edirdi.