Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) müddətli depozit qoyuluşu 1 milyard 901 milyon 385 min manata bərabər olub.
FED.az bu barədə Fondun audit hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 81 milyon 296 min manat və ya 4,5 % çoxdur.
2023-cü ilin yanvarın 1-nə müddətli depozit qoyuluşu 1 milyard 820 milyon 89 min manat təşkil edib.
Müddətli depozitlər Neft Fondunun qısamüddətli aktivlərinin 2,04 %-ni təşkil edib.
Hesabata əsasən, 2023-cü ilin sonuna müddətli depozitlərin əsas hissəsini Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş 1 milyard 893 milyon 143 min manat məbləğində depozit təşkil edir.
İl ərzində bu göstərici 79 milyon 964 min manat və ya 4,4% artıb.
2022-ci ildə isə depozitin məbləği 1 milyard 813 milyon 179 min manat təşkil etmişdi.
Bu depozit üzrə 16 milyon 543 min manat məbləğində faiz hesablanıb ki, bu da 2022-ci ilə nisbətən 14 milyon 224 min manat və ya 7,1 dəfə çoxdur. Əvvəlki ildə hesablanmış faiz məbləği 2 milyon 319 min manat idi.