2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 33 989 min manat təşkil edəcəyi gözlənilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, bu, 2021-ci ilin proqnozu ilə müqayisədə 17,6% çoxdur.
ARDNF-in gələnilki xərclərinin 15 348 min manatını və yaxud təxminən 44%-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 15 242 min manat, sosial ödənişlərə 61 min manat, qeyri-maliyyə aktivlərinə isə 3 338 min manat xərcləyəcək.