"Dollar 200 rubla qədər bahalaşa bilər" kimi fantastik rəqəmlər proqnozlaşdırıcı modellərə əsaslanır. Bu modellər mövcud qeyri-sabitlik şəraitində valyuta məzənnələrini müəyyən edən bir çox amilləri nəzərə almır".
"Martın əvvəlində dollar 80 rubla qalxacaq"
FED.az xəbər verir ki, bunu "BitRiver"in maliyyə analitiki Vladislav Antonov bildirib.
Dolların rubla nisbətdə məzənnəsinin proqnoz modeli fundamental məlumatları nəzərə alır və məzənnəni proqnozlaşdırır. Belə proqnoz modelləri bazarlarda artıq baş vermiş və işlənmiş keçmişə əsaslanır.
"Əgər tənzimləyicilər (mərkəzi banklar - red) bazarda xaos baş verən zaman kəskin dalğalanmaları yumşaltmaq üçün aktiv addımlar atmasalar, qiymət bu sxemə (modelə) uyğun ola bilər. Həmçinin proqnozlarda bütün gələcək geosiyasi amilləri nəzərə almaq və bazar iştirakçılarının davranışını proqnozlaşdırmaq mümkün deyil.
Nəzəri olaraq, rubl həqiqətən də dollar qarşısında kəskin şəkildə zəifləyə bilər - biz bunu bir il əvvəl geosiyasi və iqtisadi gərginliyin artmasından sonra müşahidə etdik. Amma eyni zamanda biz Rusiya Bankının çöküşün qarşısını almağa yönəlmiş hərəkətlərini də gördük. Tənzimləyici qeyri-rezidentləri blokladı, əsas faiz dərəcəsini dərhal 20 faizə qaldırdı və qısa mövqeləri qadağan etdi. Xarici valyutanın alışına görə 30 faizədək komissiya tətbiq edilib. Banklardan valyuta çıxarmaq mümkün deyildi.
Məhz tənzimləyicinin hərəkətləri və möhtəkirlərin vaxtında məhdudlaşdırılması səbəbindən proqnozlar çox vaxt özünü doğrultmur", Antonov bildirib. (Marja)