ABŞ-ın “American Express” maliyyə şirkəti sanksiyaların tətbiqi fonunda Rusiya Federasiyasındakı tərəfdaşları ilə əməkdaşlığı dayandırır.
Eləcə də bax: “Visa” bir neçə Rusiya bankının ödəniş sisteminə çıxışını - BLOKLAYIB
FED.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş bəyanatında deyilir.
"Bizim Rusiyada bir kart verən tərəfdaşımız və ödənişləri emal etmək üçün ticarət ekvayrinqdən istifadə edən tərəfdaşlarımızla kiçik biznes əlaqələrimiz var. Bu böhranın əvvəlindən ABŞ-ın və beynəlxalq tərəfdaşların sanksiyalarına əməl etdik və bu, fəaliyyətimizi dayandırmağımıza səbəb oldu. Rusiyadakı tərəfdaş banklarla əməkdaşlığı dayandıracaq və vəziyyətin inkişafı ilə əlaqədar bütün müvafiq qanunlara əməl olunmasına davam edəcəyik”, - açıqlamada bildirilir. (Report)