Azərbaycan Mərkəzi Bankı xalis stabil maliyyələşmə əmsalının tətbiqinə başlayacaq.
"Hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 3,7% artıb"
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə bu barədə bu gün keçirilən “Maliyyə Sabitliyi Hesabatı”nın təqdimatı zamanı məlumat verib.
Onun sözlərinə görə, Mərkəzi Bank ölkədə xalis stabil maliyyələşmə əmsalının (“Net Stable Funding Ratio”) tətbiqinə başlayacaq. Hazırda bununla bağlı konsepsiya hazırlanır.
“Bu mexanizm bank sektorunun uzunmüddətli likvidliyini tənzimləməyə xidmət edəcək. Əmsal bir ildən yuxarı likvidlik göstəricilərini nəzərə alır,” – deyə Şahin Mahmudzadə qeyd edib.