Azərbaycanda bankların marjaları çox yüksəkdir.
AMB sədri kredit faizlərinin artımının səbəbini açıqladı
FED.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. O bildirib ki, bankların marjaları 6-8% civarındadır.
“Bizim gözləntimiz odur ki, banklar öz marjalarını formalaşdırsınlar. Marjalar çox yüksəkdir. 6%, 8% marjaları var. Onlar öyrənməlidir ki, böyük marja şəraitində yox aşağı marja, böyük həcmdə çalışsınlar. Bu istiqamətdə banklar ilə çalışırq.
Həmçinində hökumət hesablarında olan vəsaitlərin bank sektoruna buraxılması onu göstərir ki, banklar vəsaitin gələcəyini proqnozlaşdırırlar: Artıq qabaqlayıcı faizlərini qaldırmırlar, çünki bilirlər ki, artıq hökumət hesablarından vəsait hərrac vasitəsilə daxil ola bilir, ona görə öz likvidlik planlaşdırılmasını daha dəqiq edə bilirlər. Bizim gözləntimiz o deyil ki, faizlər artacaq. Bizim gözələntimiz odur ki, banklar öz marjalarına daha effektiv yanaşacaqlar. Çünki düşünürük ki, kifayət qədər yüksəkdir. ”- AMB sədri əlavə edib.