Kredit faizlərinin artımı əsasən bazarda faizlərin artımı ilə bağlıdır. Bazarda faizlərin artımı likvidliklə bağlıdır.
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, hökumət hesablarında vəsaitlər yığılır, onun hesabına likvidlik az olur, bu bir səbəb. Pul siyasətimizi həyata keçirdiyimiz üçün banklar arasında rəqabət başlayıb. Faiz olaraq cuzi artım olub. 41% illik artım olub unikal əmanətçilərin sayında və onun 77 faizi 30 min manata qədər olan əmanət yerləşdirənlərdir.
"Artan faiz şəraitində kreditləşmə azalmayıb. İstehlak kreditləri illik göstəricidə 20%-dən artıq artıb. Bankların marjaları yüksəkdir. Bizim gözləntimiz yoxdur ki faizlər artacaq, bizim gözləntimiz odur ki,banklar öz marjalarını daha effektiv idarə edəcəklər" - deyə sədr vurğulayıb.