Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Eləcə də bax: Taleh Kazımov ölkədəki bank rəhbərlərini bir yerə topladı - MÜZAKİRƏ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün "Twitter" hesabında bildirib.
O deyib ki, Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və Pakistan Milli Bankının Bakı filialının (ləğvetmə prosesində olan) rəhbəri Sheix Axşam Ahmad ilə görüşdə filialın Azərbaycandakı fəaliyyətinə görə təşəkkürünü bildirib, o cümlədən Pakistan və Azərbaycan maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.