Azərbaycanda əhaliyə satılan təbii qazın qiyməti artırılıb.
Əhali üçün elektrik enerjisinin - QİYMƏTİ ARTIRILDI - TARİF ŞURASINDAN YENİ QƏRAR
FED.az xəbər verir ki, bu barədə Tarif Şurası qərar verib. Qərara əlavə edilmiş yeni tariflər cədvəlinə əsasən əhaliyə satılan qazın qiyməti onun istehlak etdiyi qazın həcmindən asılı olaraq fərqli dərəcədə bahalaşıb. Yəni daha çox qaz işlədən abunəçilər üçün qazın qiyməti daha çox artıb. Beləliklə
İllik qaz istehlakı
1200 kub metr olan hissə üçün - 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün - 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün - 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
Tarf Şurası bildirir ki, ümumilikdə bu qərardan sonra 1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
48% abonent üzrə - aylıq xərc 32 qəpik artacaq,
39% abonent üzrə - 1 manat 43 qəpik artacaq,
13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik artacaq.
«Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb»-deyə bildirilir.
Təbii qazın ölkədaxili tarifləri
№ |
Xidmətlərin adı |
Ölcü vahidi |
Tariflər (manat, ƏDV ilə) |
I |
II |
III |
IV |
1. |
Təbii qazın nəqli və saxlanması |
min m3 |
20,0 |
2. |
Təbii qazın istehsalçıdan satınalınması |
min m3 |
90,0 |
3. |
Təbii qazın qaz paylayıcılarına topdansatışı |
min m3 |
135,0 |
4. |
Təbii qazın pərakəndə satışı |
||
4.1. |
Əhali |
||
4.1.1. |
illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün |
min m3 |
125,0 |
4.1.2. |
illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün |
min m3 |
220,0 |
4.1.3. |
illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün |
min m3 |
300,0 |
4.2. |
Qeyri-əhali |
||
4.2.1. |
Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti |
min m3 |
165,0 |
4.2.2. |
Sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri |
min m3 |
185,0 |
4.2.3. |
Metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə |
min m3 |
205,0 |
4.2.4. |
Sənaye və kənd təsərrüfatı sahələri |
min m3 |
240,0 |
4.2.5. |
Digər sahələr |
min m3 |
285,0 |
5. |
Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla ölkə daxilində satılan elektrik enerjisinin (bu qərarın 5-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) istehsalı məqsədləri üçün (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə) |
min m3 |
185,0 |