2024-cü ilin IV rübü üzrə istehlak kreditlərinə tələbin artmasında rəqəmsallaşma əsas amil kimi qeyd edilib.
"MKOS subyektlərinin banklar üzrə kredit portfeli 46% artıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.
O bildirb ki, Mərkəzi Bank rüblük əsasda banklardan kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğu məlumatlarını toplayır və təhlil edir və bu məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır.
O nəzərə çatdırıb ki, 2024-cü ilin dördüncü rübü üzrə aparılmış sorğunun nəticələrinə uyğun olaraq istehlak kreditlərinə tələbin artmasında məhz rəqəmsallaşmanın əsas amili olaraq qeyd olunmuşdur. Mərkəzi Bank burada həm maliyyə əhatələrinin artırılması ilə yanaşı, ödəniş sistemlərinin mühitin formalaşmasına xüsusi diqqət yetirir.
"Bildiyiniz kimi, bu sahədə ödəniş xidmətləri və maliyyə texnologiya sahəsində qəbul olunmuş qanunvericiliyi qeyd etmək olar və Mərkəzi Bank bu sahədə fəaliyyət göstərən təşkilatlara lisenziyalaşma prosesinə başlamışdır. Bu da ümumiyyətlə inklüziv üçün son dərəcə əhəmiyyət kəsb edir" - deyə baş direktor qeyd edib.