Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna müharibəsi nəticəsində qonşu ölkənin banklarının SWIFT-dən ayrılmasının Azərbaycanıın bank sektoruna təsirlərini araşdırır.
Eləcə də bax: "Yeni qanun layihələri hazırlamağa başlamışıq" - MƏRKƏZİ BANKIN SƏDRİ
FED.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov bildirib.
“Bu araşdırma həm yerli qurumlar, həm də beynəlxalq komissiyalar səviyyəsində aparılır. Hazırda hesablaşma əməliyyatlarında problem yoxdur. Müxbir kompayns şərtləri sərtləşdirilib", - deyə o, qeyd edib.
AMB rəsmisi Azərbaycan banklarının "Bank VTB Azərbaycan" ASC-nin kartları ilə əməliyyatlara tətbiq etdiyi məhdudiyyətlərə də münasibət bildirib: "Bu, bankların hansısa risklərini nəzərə alması ilə bağlı ola bilər, amma ümumilikdə "Bank VTB Azərbaycan"ın kartları ilə ölkədə əməliyyatlar arasında aktivdir". (Report)