Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 631 milyon ABŞ dolları olub.
"Cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
Bildirib ki, 2024-cü ildə ölkəyə daxil olan pul baratlarının həcmi 1 milyard 83 milyon dollar təşkil edib.
Azərbaycana daxil olan pul baratlarının həcminə görə ilk yeri 497 milyon dollarla Rusiya tutur. İkinci yerdə 176 milyon dollarla Türkiyə, üçüncü yerdə isə 65 milyon dollarla ABŞ qərarlaşıb. Gürcüstandan Azərbaycana daxil olan pul baratları 35 milyon dollar, Böyük Britaniyadan isə 34 milyon dollar təşkil edib.
Azərbaycandan xaricə göndərilən pul baratlarının ən böyük həcmi 150 milyon dollarla Türkiyəyə yönəlib. ABŞ-a 60 milyon dollar, Rusiyaya 58 milyon dollar göndərilib. Gürcüstana köçürülən məbləğ 45 milyon dollar, Böyük Britaniyaya isə 28 milyon dollar olub.