Mərkəzi Bank “SF Azerbaijan” BOKT MMC-nin (Manato brendi) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Mərkəzi Bank 5 BOKT-ın 5 vəzifəli şəxsini cərimələyib
FED.az xəbər verir ki, məlumata görə, Azərbaycan Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.
Qeyd edək ki, 2022-ci ilin sonuna olan məlumata görə, 2021-ci ildə yaradılmış “SF Azerbaijan” BOKT MMC-nin 100% payçısı "AS SUN FINANCE CENTRAL ASIA" olub.
Təşkilat Manato.az ilə sürətli, rahat və sərfəli olan qısamüddətli kreditlər təklif edir. Krediti almaq üçün girov, zamin və ya iş yerindən gəlir haqqında arayış tələb olunmur. Digər bənzər xidmət tədarükçülərindən fərqli olaraq, Manato.az kredit müddətinin uzadılması üçün ödəniş müqabilində kreditin ödənilməsi möhlətini təqdim edir. Bundan başqa, 30 günlük müddətə 50 AZN-dən 1500 AZN-dək istənilən məbləğdə kredit götürmək mümkündür.