Bu il aprelin 1-nə Azərbaycan banklarının kənd təsərrüfatına verdiyi kreditlərin ümumi məbləği 1,8 milyard manatı üstələyib.
Kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditləri 1,8 milyard manatı ötüb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, bu kreditlərin 80 %-i bankların öz vəsaitləri, 20 %-i isə xüsusi məqsədli dövlət fondlarının vəsaitləri hesabına verilib. (Report)