2025-ci ilin aprelin 1-nə Azərbaycan banklarının kənd təsərrüfatı sahəsinə verilmiş biznes kredit portfeli 1 milyard 803,3 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 21,5 milyon manat (1,2%), ötən ilin sonu ilə müqayisədə 17 milyon manat (1%), illik müqayisədə 272,7 milyon manat (17,8%) böyüyüb.
Qeyd edək ki, bu sahə üzrə banklar tərəfindən verilmiş kreditlərin məbləği bu ilin martın 1-nə 1 milyard 781,8 milyon manat, yanvarın 1-nə 1 milyard 786,3 milyon manat, ötən ilin eyni dövrünə 1 milyard 530,6 milyon manat təşkil edib.