2023-cü ildə Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri 2022-ci illə müqayisədə 12 %, mobil bankçılıqla əməliyyatların dəyəri isə 2 dəfə çox olub.
Azərbaycanın 3 bankı mobil bankçılıq xidməti göstərmir
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.
"Cari hesablar üzərindən aparılan əməliyyatlarda kağız formatda təqdim olunan ödəniş sənədləri kifayət qədər azalıb. Elektron ödənişlərin xüsusi çəkisi 80 %-i keçib. İnternet və mobil bankçılıq xidmətləri kifayət qədər inkişaf edib", - deyə o qeyd edib. (Report)