Azərbaycanda da müasir dövrün əsas çağırışlarından olan rəqəmsal bankçılığın inkişafı üzrə müsbət trend formalaşmışdır. 01.01.2024-cü il tarixinə ölkədə fəaliyyət göstərən bütün banklar, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti təqdim olunur. 20 bank tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunmaqdadır. Qeyd edək ki, hazırda Azərbaycanda 23 bank fəaliyyət göstərir.
FED.az xəbər verir ki. bu, Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”da bildirilib.
Qeyd edilib ki, 2023-cü il ərzində bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin ümumi sayı 363.6 mln. әdәd, hәcmi isә 379.3 mlrd. manat tәşkil etmişdir. Aparılan köçürmәlәrin say üzrә 85.9%-i (312.2 mln. әdәd), hәcm üzrә isә 79.6%-i (301.8 mlrd. manat) mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılmışdır.
2023-cü il әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi 2022-ci illә müqayisәdә 12% artaraq 227.7 mlrd. manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi isə 2 dəfə artaraq 46.2 mlrd. manat olmuşdur.