Azərbaycanda POS-terminallarda yerinə yetirilən hər dördüncü tranzaksiya "tokenləşdirilmiş" (yəni mobil telefon və ya digər smart qurğular vasitəsilə əməliyyatlar) olur.
AMB-nin departament rəhbəri: "Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.
Onun sözlərinə görə, bu Azərbaycan əhalisinin yeniliklərə açıq olduğunun göstəricisidir.
"Avqustun birinə olan məlumatlara görə, ölkədə bu kartlarla nağdsız hesablaşmaların həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb. Ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin payı ötən ilin analoji dövrü ilə müqayisədə 12,3 faiz bəndi artaraq 53 faiz olub", - deyə o vurğulayıb. (Trend)