Hazırda ölkə üzrə ümumi enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb.
Azərbaycanda avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilir.
Sənədə əsasən, ötən il 160 yeni elektrik avtobusu alınıb.
Həmçinin yeni elektromobil idxalının ümumi nəqliyyat vasitəsi idxalındakı payı 3,3 %, yeni hibrid avtomobil idxalının ümumi nəqliyyat vasitəsi idxalındakı payı isə 29 % təşkil edib.
“Azərbaycan "yaşıl iqtisadiyyat"a keçid çərçivəsində nəqliyyat infrastrukturunun modernləşdirilməsi və dayanıqlılığının artırılması məqsədilə mühüm investisiyalar həyata keçirməkdədir. Karbon emissiyalarının azaldılması və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılması üçün ictimai nəqliyyatda elektrik mühərrikli avtobusların tətbiqi genişləndirilib, elektrik dolum mərkəzlərinin sayı artırılıb və velosiped yollarının inşası həyata keçirilib", - deyə hesabatda qeyd olunub.