2024-cü ildə Azərbaycanda fiziki şəxslərin aldığı istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin payında əhəmiyyətli artım müşahidə edilib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi “Dayanıqlı Maliyyə Hesabatı - 2024”də bildirilir.
Sənədə əsasən, ötən il elektrik və hibrid avtomobil kreditinin ümumi avtomobil portfelində payı kreditlərin sayı üzrə illik müqayisədə 33 faiz bəndi artaraq 48 %-ə, kreditlərin məbləği üzrə isə 27 faiz bəndi artaraq 65 %-ə çatıb.