Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync tariflərinə dəyişiklik edilməsini şərh edib.
Azərbaycanda ödənişlər üzrə - YENİ TARİFLƏR TƏTBİQ EDİLDİ - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, AMB xatırladıb ki, qurumun İdarə Heyətinin 18 mart 2026‑cı il tarixli qərarı ilə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi təsdiq edilib, eyni zamanda, Ani Ödənişlər Sistemi (AÖS) üzrə ödənişlərdə tətbiq olunan interçeync tarifləri ödəniş kartları üzrə müəyyən edilmiş interçeyncin yuxarı hədləri ilə eyniləşdirilib.
Dəyişikliklərə əsasən, hazırda qüvvədə olan tariflərlə müqayisədə ödəniş kartları üzrə interçeyncin yuxarı hədləri müvafiq təsərrüfat subyektlərinin fəaliyyət sahələri üzrə 0,25 faiz bəndi aşağı salınıb. Əsas hədəf ekvayerlərin xərclərini azaltmaqla nağdsız ödənişlərin qəbulu üzrə təsərrüfat subyektlərinə tətbiq olunan xidmət haqqının aşağı salınmasına şərait yaratmaqdır.
AÖS üzərindən emal olunan QR kod əsaslı ödənişlər vasitəsilə təsərrüfat subyektlərinin nağdsız ödənişlərin qəbulu ilə bağlı olan xərclərinin azaldılması, ödəniş xidmətlərinə əlçatanlığın artırılması və hesab əsaslı ödənişlərin tətbiq dairəsinin genişləndirilməsi hədəflənir. QR kod ödənişlərindən istifadənin artırılması alternativ ödəniş həllərinin formalaşmasına, nəticə etibarilə ödəniş bazarında rəqabətliliyinin yüksəlməsinə zəmin yaradacaq.
Ümumilikdə interçeync tariflərinin tənzimlənməsi zamanı həm təsərrüfat subyektlərinin, həm də emitent və ekvayerlərin maraqları gözlənilir və nağdsız ödənişlərin qəbulu üzrə xərclər optimallaşdırılmaqla balanslı siyasət tətbiq edilir.
AÖS-ün xidmət haqqı tarifləri üzrə dəyişikliklər mayın 1-dən, ödəniş kartları üzrə təsdiq edilmiş interçeyncin yuxarı hədləri isə iyunun 1-dən qüvvəyə minir.
AÖS xidmət haqqı tariflərini bu linkdən, "Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi"nə dair qərarı isə bu linkdən əldə etmək ola













