Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin yuxarı həddi müəyyənləşib.
Ani Ödəniş Sisteminin tarif siyasətinə yenidən baxılacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tariflər bir neçə kateqoriya üzrə tətbiq ediləcək.
Belə ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimi olacaq:
- “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
- “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
- “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.
Yuxarıda nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilməyəcək.
Qeyd edək ki, bu qərar 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək. (Trend)













