Bu il Azərbaycanda istehlak qiymətlərinin ortaillik artımının 4,5% təşkil edəcəyi gözlənilir.
Eləcə də bax: AİB: Bu il Azərbaycanda orta illik inflyasiya - 7% TƏŞKİL EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının yenilənmiş regional hesabatında deyilir. Qeyd edilir ki, idxal olunan ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin sürətlə artması və daxili tələbatın bərpası bu il inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Xarici inflyasiya təzyiqlərinin 2022-ci ildə yüksək, daha sonra isə orta səviyyədə qalacağı gözlənilir.
Qeyd edək ki, bank 2023-cü ildə ölkədə ortaillik inflyasiyanın 4,1%-ə qədər yavaşlayacağını proqnozlaşdırır.
Xatırladaq ki, Asiya İnkişaf Bankının son proqnozuna görə, Azərbaycanda istehlak qiymətlərinin ortaillik artımı 2022-ci ildə 7% təşkil edəcək. 2023-cü ildə isə orta illik infyasiyanın zəifləyərək 5,3% səviyyəsinə enəcəyi proqnozlaşdırılır. Ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. (Apa)