"S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi 2027-ci ilədək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının $12 milyard 608 milyona qədər artacağını proqnozlaşdırır.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb – MƏBLƏĞLƏR
2022-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları $8 milyard 996 milyon təşkil edib.
FED.az xəbər verir ki, “S&P” 2023-2026-cı illərdə Mərkəzi Bankın ehtiyatlarının 40,1% artacağını proqnozlaşdırır.
Bununla yanaşı, agentliyin proqnozlarına görə, 2023-cü ildə AMB-nin valyuta ehtiyatları $9 milyard 923 milyona, 2024-cü ildə $10 milyard 892 milyona, 2025-ci ildə $11 milyard 735 milyona, 2026-cı ildə $12 milyard 608 milyona qədər artacaq.
Xəbər verildiyi kimi, AMB-nin valyuta ehtiyatlarının maksimum həcmi 2014-cü il iyunun 30-da qeydə alınıb və $15 milyard 163,2 milyon təşkil edib. Lakin 2014-cü ilin ikinci yarısından etibarən bankın valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Bu azalma valyuta ehtiyatlarının dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə şərtlənib. Nəticədə 2014-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $13 milyard 758,3 milyona, 2015-ci ilin sonuna $5 milyard 16,7 milyona, 2016-cı ilin sonuna $3 milyard 974,4 milyona qədər azalıb.
2017-2022-ci illərdə AMB-nin ehtiyatlarında artım qeydə alınıb. Xüsusilə 2017-ci ildə bankın valyuta ehtiyatları 34,2%, 2018-ci ildə 5,4%, 2019-cu ildə 11,2%, 2020-ci ildə 1,8%, 2021-ci ildə 11,1%, 2022-ci ildə 27,1% artıb.(İnterfaks-Azərbaycan)