Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları may ayında 13,5 milyon dollar azalıb.
FED.az xəbər verir ki, mayın 31-də AMB-nin ehtiyatları 9 milyard 175,7 milyon dollar təşkil edir ki, bu da aprelin sonundakı göstəricidən – 9 milyard 189,2 milyon dollardan aşağıdır.
Ümumilikdə, 2022-ci ilin sonu ilə müqayisədə AMB-nin valyuta ehtiyatları 5 ay ərzində 180 milyon dollar artıb. 2022-ci ilin sonunda bu göstərici 8 milyard 995,7 milyon dollar idi.
Azərbaycan Mərkəzi Bankının ehtiyatları:
Tarix |
Məbləğ (milyon $) |
31.12.2022 |
8 995,7 |
31.01.2023 |
9 061.4 |
28.02.2023 |
9043.8 |
31.03.2023 |
9133.0 |
28.04.2023 |
9189.2 |
31.05.2023 |
9175.7 |