Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun kapital bazarının inkişafı ilə bağlı planlarını açıqlayıb.
AMB sədri: “ABB səhmlərinin satışında sifarişlərin 84%-i mobil tətbiq vasitəsi ilə verilib”
FED.az xəbər verir ki, sədr bu barədə "PAŞA Holdinq" və "Deloitte Azerbaijan" MMC-lərin birgə təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" təşəbbüsü çərçivəsində keçirilmiş "Kapital bazarları və IPO: İnkişafa doğru" mövzusunda tədbirdə danışıb.
"Sual-cavab sessiyasında Azərbaycanda kapital bazarının mövcud vəziyyəti, əsas çağırışlar və növbəti illər üçün prioritetlər barədə fikirlərimi bölüşdüm. Son dövrlərdə pul bazarında apardığımız islahatlar, kapital bazarları üzrə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, və IPO prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işləri vurğuladım. Qeyd etdim ki, qarşıdakı dövrdə əsas prioritetlərimiz yeni emissyaların stimullaşdırılması, investor bazasının genişləndirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflıq və investor hüquqlarının qorunması olacaq. AMB olaraq makroiqtisadi sabitliyi qorumaqla kapital bazarının inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik", - deyə T.Kazımov qeyd edib.(Report)










