Ölkədə kapital bazarlarının rəqəmsallaşma səviyyəsi yüksəkdir, rahat deyə bilərəm ki, rəqəmsallaşma istiqamətində kapital bazarlarının infrastrukturu təkmildir”.
FED.AZ xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, əlavə işlər ehtiyac olsa da, digər inkişaf etmiş kapital bazarları ilə müqayisədə Azərbaycanın infrastrukturu kifayət qədər rəqəmsallaşıb. Sədr buna sübut kimi ötən il keçirilən ABB-nin İPO-da səhmlərə sifarişlərin 84%-nin mobil tətbiq vasitəsi ilə verildiyini misal çəkib.
O həmçinin öz təcrübəsini bölüşərək bildirib ki, keçmişdə investorlar hesab açmaq və əməliyyat aparmaq üçün 3-5 gün vaxt sərf etməli olduğu halda, indi bu proses mobil əlavə vasitəsi ilə maksimum yarım saat, bir saat ərzində həyata keçirilir. “Bu gün investorların kapital bazarlarına çıxışı çox asandır” – deyə sədr vurğulayıb.












