Azərbaycanda rəqəmsal bankçılıq 8 dəfə, mobil bankçılıq 40 dəfə artıb.
Mərkəzi Bank: «Azərbaycanın kapital və bank bazarına fintex şirkətlərini cəlb etmək istəyirik»
Son 5 ildə Azərbaycanda rəqəmsal bankçılıq və ödənişlərin kəskn artımı baş verib.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Bakıda keçirilən rəqəmsal texnologiyaara həsr lunmuş «GSMA M360» beynəlxalq konransında çıxışında bildirib.
Onun sözlərinə görə, rəqəmsal statistikaya nəzər yetirəndə son 5 ildə artan ödənişləri görə bilərik – 2022-ci ildə rəqəmsal ödənişlər 51 faiz artıb. Bu 2018-ci illə müqayisədə 80% artım deməkdir.
Ötən dövrdə posterminallarla ödənişlər 5 dəfə artıb və 2022-ci ildə 6 milyard manata çatıb. Bundan başqa, ötən dövrdə internet bankçılıq 8 dəfə, mobil bankçılıq isə 40 dəfə artıb