Azərbaycanda maliyyə texnologiyaları şirkətləri olsa da onların sayı azdır və onlar əsasən ödənişlər sahəsində fəaliyyət göstərirlər. Biz Məkəzi Bank olaraq fintex şirkətlərinin kapital və bak bazarına da cəlb olunmasına da çalışırıq.
Mərkəzi Bankda ödəniş xidmətləri bazarındakı vəziyyət müzakirə edilib - FOTO
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Bakıda keçirilən rəqəmsal texnologiyaara həsr lunmuş «GSMA M360» beynəlxalq konransında çıxışında bildirib.
«Bazarda çox olmasa da, maliyyə texnologiyaları şirkətləri var, onlar əsasən ödənişlərlə məşğuldurlar. Amma bizim əsas strateji istiqamətimiz bu prosesin ödənişlərdən uzaqlaşaraq kapital bazarına və bank sektoruna da keçməsidir» - F.Osmanov bildirib.
«Biz tənzimləyii qurum olaraq bazarda maliyyə texnologiyalarının payının artırılmasını istəyirik»-deyən AMB nümayəndəsi qeyd edib ki, hazırda AMB qanunvericilikdə yeni dəyişikliklər barədə təşəbbüslər irəli sürməklə yeni maliyyə texnologiyaları (fintex) şirkətlərinin Azərbaycan bazarına daxil olmasını təşviq edir.